Fərid Qayıbov: "Nazirlik klub sayının artırılmasında AFFA-ya kömək etməyə hazırdır"

"Təqdimat zamanı jurnalistlər ən çox futboldan soruşdular. Bu da normaldır. Çünki futbol bir nömrədir. Biz də istərdik ki, millimiz Avropa və dünya çempionatında iştirak etsin".

 

Sportal.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "CBC Sport" telekanalında yayımlanan "Təkbətək" verilişində qonaq olarkən deyib.

 

Nazir bildirib ki, son illərdə yerli klublar - xüsusilə "Qarabağ" və "Neftçi" avrokuboklardakı nəticələri ilə azarkeşləri sevindirir: "Amma istərdik ki, milli komandamız da final mərhələsində iştirak etsin. Bunu AFFA da istəyir. İşlər gedir. Orada da müəyyən çətinliklər var. Əsas məsələ Premyer Liqada komanda sayının azlığıdır. Bu say artmalıdır. Milli assosiasiyada müzakirə etdiyimiz problemlərdən biri də bu oldu. Klublarımızın sayının artması futbolun inkişafında rol oynayacaq. Amma sistemin necə qurulması barədə düşünməli və qərar çıxarmalıyıq. Nazirlik bu işdə AFFA-ya kömək etməyə hazırdır".

Tarix: 5 Oktyabr [23:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2022
27  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio