İngiltərənin oyununu ukraynalı qadınlar idarə edəcək

16:58 - 7 Oktyabr 2021

Andorra ilə İngiltərə arasında keçiriləcək Dünya Çempionatının seçmə mərhələ oyununda qadınlardan ibarət hakimlər briqadası ədaləti qoruyacaq.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın baş hakimi ukraynalı Katerina Monzul olacaq. Ona həmyerliləri Marina Striletska və Svitlana Qruşko kömək edəcək. VAR hakimi isə fransalı Stefani Frappartdır.

 

İngiltərənin kişilərdən ibarət milli komandasının beynəlxalq matçını qadın hakimlərin idarə etməsi ilk dəfə baş verəcək.

 

Qeyd edək ki, Andorra - İngiltərə görüşü şənbə günü Bakı vaxtilə saat 22:45-də keçiriləcək.

Xəbər xətti