"Azərbaycanda oynamaq mənə xoşdu. Çünki gözəl ölkədi, insanları çox yaxşıdı".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin futbolçusu Omar Hanni deyib.
Bölgə klubunun iordaniyalı legioneri komandasının ölkə çempionatındakı çıxışını dəyərləndirib və yüksək yerlər uğrunda mübarizə aparacaq gücdə olduqlarını deyib: "Son turda "Qarabağ"a qarşı yaxşı oyun göstərdik. Sadəcə epizodlardan yararlana bilmədik. Ölkə çempionatında mübarizəyə gəlincə, məncə, yuxarı yerlər üçün oynaya bilərik. Doğrudu, kağız üzərində favorit komandalar var. Sadəcə biz də yuxarı yerlər uğrunda mübarizə apara bilərik".
"Kipr və Azərbaycan Premyer Liqaları? Müqayisə aparmağım doğru olmaz. Sadəcə Azərbaycan çempionatında çox yaxşı, peşəkar futbolçuların oynadığını deyə bilərəm” - deyə, iordaniyalı futbolçu fikirlərini yekunlaşdırıb.