Səudiyyə Ərəbistanı Fonduna satılan İngiltərənin "Nyukasl" klubunda ciddi dəyişikliklərin olacağı gözlənilir.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisində əvvəlcə baş məşqçi dəyişikliyi reallaşacaq. İndiki baş məşqçi Stiv Brüsə 8 milyon avro təzminat ödənilərək yollar ayrılacaq. "Daily Mirror"un məlumatına əsasən, "sağsağanlar" baş məşqçi postuna hazırda Şotlandiya "Reyncers"ini çalışdıran Stiven Cerrardı düşünür.
Bundan əlavə, komandanın transfer etmək istədikləri bəzi futbolçular da məlumdur. Bu siyahıda "Mançester Yunayted"dən Donni van de Bek, Cessi Linqard, Antoni Marsial, Erik Bayi və "Barselona"dan Filippe Koutinyo var.
saytlarin hazirlanmasi