DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün 12-də Belqradda Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan oyundan öncə ciddi itki ilə üzləşib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli komandamızın üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib.
UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.