Canni De Byazi: "Qısa zamanda komanda yaratmaq asan deyil"

01:58 - 13 Oktyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində səfərdə Serbiyaya 1:3 hesabı ilə uduzan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis məğlubiyyəti şərh edib:

 

“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır".

Xəbər xətti