"Neftçi"nin legioneri qol vurdu, komandası Mərakeşə uduzdu - VİDEO

10:10 - 13 Oktyabr 2021

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinin heyətində qol vurub.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Mərakeşə qarşı keçirdikləri oyunda fərqlənib.

Start heyətdə meydana çıxan Kane, 31-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Ancaq Qvineya yığması sonda 1:4 məğlub olub. 

 

Xəbər xətti