Moldova milli komandasının futbolçusu Yevgeni Koçuk yenidən Azərbaycanda oynaya bilər.
Sportal.az saytının məlumatına görə, hazırda Moldovada “Zimbru” klubunda oynayan Koçuka Azərbaycandan təklif göndərilib.
“Səbail”, “Sabah” və “Keşlə” klublarında oynamış moldovalı yarımmüdafiəçi yenidən paytaxt klubu ilə anlaşa bilər. Belə ki, “Keşlə” onun xidmətində maraqlıdı.