21-ci əsrdə ən çox het-trik edən futbolçular

Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyanın Lüksemburqu 5:0 hesabıyla məğlub etdiyi oyunda het-trik edib. 

 

Sportal.az xəbər verir ki, bu göstərici ilə 36 yaşlı hücumçu 21-ci əsrdə ən çox het-trik edən futbolçudu. Ronaldo 58 dəfə meydanı 3 qolla tərk edib.

 

Ronaldodan sonra bu göstəricidə ikinci yerin sahibi Lionel Messidir. Argentinalı hücumçu 55 dəfə het-trik edib.

 

21-ci əsrdə ən çox het-trik edən futbolçular:

 

Kristiano Ronaldo – 58 het-trik
Lionel Messi – 55
Luis Suares – 29
Robert Levandovski – 26
Neymar – 20
Mario Qomes – 18
Klas-Yan Huntelaar – 18
Serxio Aquero – 18
Zlatan İbrahimoviç – 17
Harri Keyn – 15

Tarix: 13 Oktyabr [14:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio