Fransa millisinin futbolçusu koronavirusa yoluxdu

15:41 - 13 Oktyabr 2021

“Milan”ın futbolçusu Teo Hernandez koronavirusa yoluxub.

Sportal.az xəbər verir ki, Fransa millisinin düşərgəsindən qayıtdıqdan sonra koronavirus testindən keçən Hernandezin xəstəliyə yoluxduğu aşkar edilib.

Sol cinah müdafiəçisi Fransa millisinin heyətində Millətlər Liqasının Belçika ilə (3:2) yarımfinal və İspaniyaya (2:1) qarşı final matçında meydana çıxıb.

Xəbər xətti