Qazaxıstanın “Kayrat” komandasının erməni futbolçusu Kamo Ohanesyan “Qarabağ”a qarşı Avropa Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, Almatı təmsilçisinin “Qarabağ”a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur. (Report)
Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” matçına saat 20:45-də start veriləcək.
saytlarin hazirlanmasi