"Union Berlin"in qapıçısı Loris Karius "Liverpul"dakı günlərindən danışıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiper azarkeşlərin onu tənqid etməsindən danışıb:
"Sosial şəbəkələrdə bəzi axmaqlar var, onlar "Liverpul" fanatları deyillər. "Liverpul" tribunaları nə baş versə də, futbolçunun arxasında dururlar. Bundan əmin ola bilərsiniz. 2018-ci ildə yaşadığım çətin günlərdən sonra "Enfild"də çıxdığım ilk matçda mənə dəstək olmaqlarını heç vaxt unutmayacağam".
"Liverpul" almaniyalı qapıçını Bundesliqa klubuna 2020-ci ildə icarəyə verib.
saytlarin hazirlanmasi