"Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq komandadan ayrılmağa hazır olduğunu bildirib.
Sportal.az xəbər verir ki, İngiltərə millisnin üzvü daha çox oynamaq istədiyini deyib:
"Daha çox oynamaq üçün başqa komandaya getmək seçimim varsa, bunu dəyərləndirməyə hazıram. Çünki futbolu sevirəm və oynamaq istəyirəm. Xarici dil öyrənməliyəm. Fransız və ispanca çalışıram".
26 yaşlı futbolçu bu mövsüm keçirdiyi 9 oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi