Xudiyev "Spartak" - "Lester" oyununa təyinat aldı

12:38 - 15 Oktyabr 2021

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Rusiyanın "Spartak" (Moskva) və İngiltərənin "Lester" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda iş başında olacaq. 

 

Qeyd edək ki, qarşılaşma oktyabrın 20-də Rusiyanın paytaxtı Moskvada oynanılacaq.

Xəbər xətti