Paytaxt klubunun braziliyalısı: "Qısa müddətdir Azərbaycanda olsam da, ölkəyə böyük sevgim var"

14:00 - 15 Oktyabr 2021

“Keşlə”nin braziliyalı futbolçusu Felipe Santos Sportal.az saytına açıqlama verib. Braziliyalı oyunçu Premyer Liqanın 7-ci turunda “Səbail”ə qarşı keçirəcəkləri matçı dəyərləndirib:

"Bu oyun üçün çox inamlıyıq. Həftə ərzində çox hazırlaşmışıq. Yaxşı çağırış olacaq. Evdən kənarda yaxşı yaxşı oyun olacaq. Qələbə qazanmaq üçün sona qədər mübarizə aparacağıq".

"Azərbaycan millisinin çox yaxşı futbolçuları var. Uğursuz nəticələrə görə üzgünəm. Qısa müddətdir Azərbaycanda olsam da, artıq indidən ölkəyə böyük sevgim var. Azərbaycanın 2-ci evim olduğunu hiss edirəm. Ümidvaram ki, komanda gələcəkdə Dünya çempionatında mübarizə aparacaq. Artıq sevməyə başladığım bu ölkəyə azarkeşlik edəcəm” - deyə, Felipe Santos fikirlərini yekunlaşdırıb. 

Xəbər xətti