İspaniyanın "Barselona" klubu yarımmüdafiəçisi Felipe Koutinyonu komandadan göndərmək istəyir.
Sportal.az xəbər verir ki, İngiltərənin "Liverpul" klubu keçmiş futbolçusunu qaytarmaq fikrinə düşüb. "Qırmızılar" sambaçını 2018-ci ildə katalonlara 160 milyon avroya satmışdı. "Barselona" bu məbləğin 42 milyon avrosunu ödəməyib və mersisaydlılara borclu qalıb.
"Liverpul" isə borca qarşılıq olaraq keçmiş futbolçusunu istəyib.
saytlarin hazirlanmasi