"Bazel" liderliyini qorudu

00:00 - 18 Oktyabr 2021

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bazel" İsveçrə çempionatında növbəti oyuna çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda 10-cu turda səfərdə "Sion"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Bu nəticə ilə xalını 22-yə yüksəldən "Bazel" liderliyi qoruyub.

 

“Qarabağ”la “Bazel” arasında Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə olacaq.

Xəbər xətti