Çeslav Mixneviç: "Mahir çıxışından razı qala bilməz"

10:29 - 18 Oktyabr 2021

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Polşa çempionatının 11-ci turunda “Lex”ə uduzduqları oyundan (0:1) sonra millimizin üzvü Mahir Emrelinin çıxışı ilə bağlı da danışıb.

Sportal.az xəbər verir ki, o, “Mahir niyə Avropa Liqasında Polşa çempionatındakından daha yaxşı oynayır?” sualını belə cavablandırıb:

“Bunun nədən qaynaqlandığını bilmirəm. Mahirin qol vəziyyətləri oldu. Bundan istifadə etsəydi, yəqin ki, bu sual mənə verilməzdi. Fasilədə ona dedim ki, daha aktiv olmalı və rəqibin cinahlarındakı boşluqlarından istifadə etməlisən.  İkinci hissəyə çox yaxşı başladı. Dediyim tələbləri yerinə yetirdi. Ancaq Mahir qol vurmağa cavabdehdir. Bunu bu dəfə etməyib, ona görə də çıxışından razı qala bilməz”.

Mahir Emreli bu mövsüm avrokuboklarda 10 oyuna 6, Polşa çempionatında isə 8 oyuna 2 qol vurub.

Xəbər xətti