“Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayev Sportal.az saytına müsahibə verib:
- “Neftçi” ilə görüş 1:1 hesabı ilə başa çatdı. Görüşlə bağlı fikrin necədi? Nəticə sizi razı saldı?
- “Neftçi”yə qarşı daima oyunlarımız maraqlı alınır. Bu matç da elə alındı. Maraqlı keçməsinə görə əvvəlkilərdən heç də fərqlənmədi.
- Qalib gəlməyiniz üçün nə çatmadı?
- Həm bizim, həm də “Neftçi”nin qol vurmaq üçün imkanları var idi. Ona görə də hesabın ədalətli olduğunu düşünürəm.
- Son çempiona qarşı oynayırdınız. Bundan əvvəl isə çempionluq uğrunda mübarizə aparan digər klub
- “Qarabağ”a qarşı da oynamışdınız. Bu komandalardan hansını daha güclü hesab edirsən?
- Həm “Neftçi”, həm də “Qarabağ”a qarşı oynamaq hər zaman çətindi. Çünki onlar çempionluq uğrunda oynayır. Məhz buna görə də daima qalib gəlmək istəyirlər.
- Fərdi reyddən sonra "Neftçi"yə qolun vurdun. Halbuki bundan əvvəlki matçlarda bir neçə cəhd etmişdin, amma alınmamışdı...
- Şadam ki, nəhayət qol vura bildim. Ötən matçlarda azca bəxtim gətirmirdi. “Neftçi” ilə matçda bəxtim gətirdi və qol vurmağım alındı.
- İlk dövrəni 5-ci pillədə başa vurmağınız sizi razı saldı?
- Əlbəttə ki, yuxarı pillələrdə olmaq istəyərdik. Hər şey öz əlimizdədi. Növbəti matçlarda xallar qazanmağa çalışacağıq.
- Növbəti turda isə ilk dövrədə 2:0 məğlub etdiyiniz “Sabah”la qarşılaşacaqsınız. Bu matçda da qalib gələ biləcəksiz?
- Onların son pillədə olması göstərici deyil. “Sabah” yaxşı komandadı. Heyətində keyfiyyətli futbolçuları var. Buna görə də ağır oyuna hazırlaşırıq. İlk oyundakı nəticə haqda isə düşünmürük.