Kökçü qol vurdu, komandası qələbə qazandı

10:11 - 19 Oktyabr 2021

Niderland 2-ci liqasında 10-cu turdan təxirə salınmış oyunlar keçirilib.

Sportal.az xəbər verir ki, U-21 yığmamızın sabiq üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Telstar" "Yonq PSV" ilə üz-üzə gəlib.

Kökçünün komandası 3:2 hesabı ilə qalib gəlib. 67-ci dəqiqədə meydana daxil olan Ozan komandasının sonuncu qolunu vurub.

​“Telstar” 2-ci liqada 11 oyuna topladığı 15 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti