"Kayrat"ın aparıcı üzvü "Qarabağ"la oyunu buraxacaq

13:10 - 19 Oktyabr 2021

“Kayrat”ın forvardı Vaqner Lav Konfrans Liqasının 3-cü turunda “Qarabağ”a qarşı oynaya bilməyəcək.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu ayağındakı zədəyə görə oyunu buraxmalı olacaq. Braziliyalı topuğunda zədə olduğuna görə “Aktobe” ilə matçda da meydana çıxa bilməmişdi.

 

“Qarabağ” - “Kayrat” matçı oktyabrın 21-də Tofiq Bəhramov stadionunda, saat 20:45-də start götürəcək.

Xəbər xətti