Yığmanın eks üzvü Premyer Liqada çalışmaq istəyir

14:07 - 19 Oktyabr 2021

“Derbi”nin baş məşqçisi Ueyn Runi Premyer Liqada çalışmaq niyyətindədi.

Sportal.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü “Nyukasl”da baş məşqşçi işləmək istəyir. Runi “Nyukasl” rəhbərliyinə Stiv Brüs istefaya göndəriləcəyi təqdirdə, baş məşqçi postuna gəlməyə hazır olduğunu bildirib.

Premyer Liqa klubu Runiyə qısamüddətli müqavilə təklif edəcək. Runi 2020-ci ildən "Derbi"ni çalışdırır.

Xəbər xətti