"Real"la matçda onlar olmayacaq

15:23 - 19 Oktyabr 2021

"Barselona" La Liqanın 10-cu turunda “Real”la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi derbidə müdafiəçi Ronald Arauxo, yarımmüdafiəçi Pedri və hücumçu Osman Dembelenin köməyindən istifadə edə bilməyəcək.

Hər üç oyunçu zədə səbəbindən “Real”la oyunu buraxacaq.

Oktyabrın 24-də keçiriləcək “Barselona” – “Real” matçı saat 18:15-də başlayacaq.

Xəbər xətti