"Qarabağ" "Kayrat"ı məğlub etdi - YENİLƏNİB

22:37 - 21 Oktyabr 2021

Bu gün “Qarabağ” Konfrans Liqasında 3-cü turun oyununa çıxacaq.


Sportal.az xəbər verir ki, Ağdam klubu “Kayrat”ı qəbul edəcək. Bundan əvvəlki 2 matçda məğlub olmayan və aktivindəki 4 xalla qrupda 1-ci pillədə yer alan ağdamlılar Almatı klubu ilə görüşə də qələbə üçün çıxacaq. Qazaxıstan komandası isə öz növbəsində 2 turdan sonra 1 xalla qrupun 3-cü pilləsində qərarlaşıb. Qarşılaşma Bakı vaxtilə 20:45-də start götürəcək.


20:45 “Qarabağ”(Azərbaycan) - “Kayrat” (Qazaxıstan) 2:1

QOL: Ramil Şeydayev, 79Abbas Hüseynov, 90 - Joze Kante, 19

Tofiq Bəhramov adına Respublika stadionu, Bakı

Baş hakim: Yevgeni Aranovski (Ukrayna)

Xəbər xətti