Premyer Liqanın son pilləsində qərarlaşan "Sabah"da dünən baş məşqçisi ilə yollarını ayırdı.
Sportal.az xəbər verir ki, komandanın yeni baş məşqçisinin kim olacağı hələ ki, dəqiqləşməyib.
Premyer Liqanın 8-ci turu çərçivəsində, sabah "Sumqayıt"la qarşılaşacaq komandanı meydana kimin çıxaracağı isə məlum olub.
Belə ki, baş məşqçi axtarışında olan Masazır klubunu "Sumqayıt"la görüşə Ramin Quliyevin köməkçisi İlkin Hüseynov çıxaracaq.
"Sabah" - "Sumqayıt" görüşü sabah 16:00-da "Bank Respublika Arena"da keçiriləcək.