"Çelsi"nin ulduzu 3 həftə oynamayacaq

14:50 - 22 Oktyabr 2021

Çempionlar Liqası qrup mərhələsinin 3-cü turunun "Malmö" ilə oyununda zədələnən Romelu Lukakunun durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Çelsi"nin hücumçusunun əzələsinin dartıldığı müəyyən olunub. Belçikalı forvard 3 həftə komandadan uzaq qalacaq.

 

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm Premyer Liqada meydana çıxdığı 7 oyunda 3, Çempionlar Liqasında isə 3 matçda 1 qol vurub.

Xəbər xətti