"Qəbələ" və "Sabah"ın futbolçularına ağır cəza, klublar cərimələndi

17:11 - 22 Oktyabr 2021

İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:
 

Premyer Liqanın VII turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

 

Matç bitdikdən sonra “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Ehtiram Şahverdiyev “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 37.3);

 

VII turun “Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun 9 nömrəli futbolçusu Xulio Sezar Rodrigez “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);

 

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

Xəbər xətti