“Neftçi” “Zirə”yə, “Sabah” “Sumqayıt”a qalib gəlidi - YENİLƏNİB

20:09 - 23 Oktyabr 2021

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları start götürəcək.

Sportal.az xəbər verir ki, 2-ci dövrənin ilk oyunu Masazırda baş tutacaq. Belə ki, turnir cədvəlinin son pilləsində qərarlaşan “Sabah” “Sumqayıt”ı qəbul edəcək.  Ramin Quliyevlə yollarını ayıran Masazır təmsilçisini matça İlkin Hüseynov çıxaracaq.

Günün 2-ci oyunu isə “Neftçi” və “Zirə” klubları arasında keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan Samir Abasovun komandası “Bakcell Arena”da rəqibini qəbul edəcək.


16:00 “Sabah” - “Sumqayıt” 3:0

Qollar: Fofana Tiemoko, 60, 83, Ceyhun Nuriyev, 79

Qırmızı vərəqə: Murad Xaçayev, 11

“Bank Respublika Arena”



18:15 “Neftçi” - “Zirə” - 2:1

Qollar: Sezar Meza Kolli, 39, Mirabdulla Abbasov, 84 - Ağabala Ramazanov, 6

”Bakcell Arena”, Bakı

Xəbər xətti