Namik Ələskərov "Bursaspor"da ilk qolunu vurdu

Türkiyə I Liqasında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun şərəfini qoruduğu "Bursaspor" səfərdə "Balıkesirspor"un qonağı olub. Matç Bursa təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Namik Ələskərov qarşılaşmaya start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib. 26 yaşlı vinger komandasının ilk qolunun müəllifi olub.

 

Bu, Ələskərovun Türkiyə klubunun heyətində vurduğu ilk qol olub. Millimizin üzvü  əvvəlki matçlarda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xallarını 11-ə yüksəldən "Bursaspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Tarix: 24 Oktyabr [18:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2021
29  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio