"İstəyirik ki, "Qarabağ"la matçdan ən azından 1 xalla ayrılaq"

16:34 - 25 Oktyabr 2021

"Qarabağ"a qarşı ağır oyun olacaq. Çünki liderə və çətin komandaya qarşı oynayacağıq. Amma öz meydanımızda oynayırıq. Son turlarda uduzuruq. İstəyirik ki, "Qarabağ"la matçdan ən azından 1 xalla ayrılaq. Doğrudu, son oyunlarda uğursuzluğumuz var, amma bu bizə inamsızlıq vermir. Hər komandada belə olur, indi fikirləşirik ki, vəziyyətdən necə çıxacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in təcrübəli futbolçusu Əfran İsmayılov deyib.

Futbolçu klubda maliyyə problemlərinin olmadığını da söyləyib: "Ciddi maliyyə problemimiz yoxdu. Hər şey qaydasına düşüb. Bu ildən daha yaxşıdı vəziyyət".

Premyer Liqanın 8-ci turu çərçivəsində "Səbail" "Qarabağ"la qarşılaşacaq. Sabiq "Qarabağ"lı Ağdam klubunun Konfrans Liqasının 3-cü turu çərçivəsində "Kayrat"a qarşı keçirdiyi oyunu da dəyərləndirib:

"Qarabağ"dan əvvəllər də öz meydanımızda xal almışıq. "Kayrat"la matçda güc sərf etsə də, etməsə də onların 2-3 heyəti var. Hər bir heyətlə çempionluğa oynamağa layiqdi. Qazaxıstan klubu 1-ci hissə yaxşı oynadı, 2-ci taymda isə “Qarbaağ” üstünlüyə ələ aldı, qollarını vurdu. Həqiqətən sevindirici haldı. Çox istəyirəm ki, “Qarabağ” qrupdan 1-ci yerlə çıxsın. Bütün Azərbaycanın gözü “Qarabağ”dadı. Neçə illərdi, mən orada olan dövrdə də, sonradan da qrupdan çıxmaq şansları var idi. Amma sonda alınmırdı. İnanıram ki, bu il qrupdan çıxıb, irəli də gedəcək "Qarabağ". Hamımız bunu çox istəyirik. Nəinki qrupdan çıxmalarını, hətta yarımfinala və finala qədər irəliləmələrii istəyirik. Çünki "Qarabağ"ın qələbəsi Azərbaycanın qələbəsidi".
 

Xəbər xətti