"Səbail"in qanalı müdafiəçisi Camal Araqo Sportal.az saytına müsahibə verib. O, Premyer Liqanın 8-ci turunda qarşılaşdıqları və 3:1 hesabı ilə qalib gəldikləri "Qarabağ"la oyundan danışıb.
- “Qarabağ”la görüş barədə hansı fikirdəsən? İstədiyiniz kimi oynaya bildiniz?
- Gözəl oyun alındı. Komanda üçün vacib qələbə oldu. Ardıcıl 4 məğlubiyyətdən sonra qələbə həqiqətən yerinə düşdü.
- Matçdan əvvəl heç-heçəyə razı olardınız yəqin? Matçın favoriti “Qarabağ” olduğundan onlara qalib gəlməyiniz sürpriz hesab edilə bilər..
- Qələbə heç kimə heç vaxt asan başa gəlmir. Mənə görə Azərbaycanda “Qarabağ” ən böyük komandadı. Biz özümüz də onları məğlub edərək tarix yazdıq.
- Bu oyuna qədərki matçları məğlub başa vururdunuz. “Qarabağ”la oyunöncəsi nə dəyişdi?
- Yaxşı komanda olduğumuzu demişdim. Sadəcə ən yaxşı səviyyəmizə çatmaq üçün vaxta ehtiyatıcımız var idi.
- “Qarabağ” üzərində qazanılan qələbə “Səbail”i özünə gətirəcək?
- Daha yaxşı bərpa olunacağımıza ümid edirik. Çünki indi komanda olaraq ritm tapdıqdan sonra motivasiya olmuşuq. Oyunlarda uduzsaq da, “Qarabağ”la matçda yüksək keyfiyyət nümayiş etdirdik.
- “Qarabağ”ın futbolçuları - Ramil Şeydayev, Kadi Borges, Abdulla Zubirə qarşı oynamaq çox çətin idi?
- Bəli, bu oyunçulara böyük hörmətim var. Amma şəxsən mənim üçün biz meydanda olanda, güclü oyunçu yoxdur(gülür).
- Hazırda Azərbaycan çempionatında “Səbail” və “Keşlə”nin meydançası sünii örtüklüdü. Bu cür meydanda oynamaq çox çətindi?
- Bəzən sintetik meydanda oynamaq çətin olur. Ancaq bu da futbolun bir hissəsidi. Ümidvaram ki, bu mövsüm ötən illə müqayisədə daha yaxşı nəticələr qazanacağıq.