İngiltərənin "Aston Villa" klubunun futbolçusu Metti Keş Polşa yığmasında oynayacaq.
Sportal.az xəbər verir ki, Polşa Futbol Federasiyası 24 yaşlı müdafiəçini milliləşdirməklə bağlı FIFA-dan müsbət cavab alıb. Keşin anası Polşa, atası isə İngiltərədəndir.
“Uikomb Uondorers”in yetirməsi olan futbolçu 2020-ci ildən Birmingem klubunda çıxış edir.
saytlarin hazirlanmasi