"Krasnodar"ın sabiq baş məşqçisi "Sabah"ı çalışdırmağa razılıq verdi

15:06 - 27 Oktyabr 2021

“Sabah” bir neçə xarici və yerli mütəxəssislə danışıqlar aparsa da, komandaya böyük ehtimalla Murad Musayev baş məşqçi təyin ediləcək.

Sportal.az xəbər verir ki, bir aya yaxındır Musayevlə danışıq aparan Masazır təmsilçisi onun razılığını ala bilib.

38 yaşlı məşqçi özü də komandanın bir neçə oyununa baxıb. 

"Sabah”ı çalışdırmağa razılıq verən "Krasnodar"ın sabiq baş məşqçisi yaxın günlərdə yenidən Bakıya gələrək klubla müqavilə imzalayacaq. 

Xəbər xətti