Boksçumuz 1/8 finalda

Belqraddakı boks üzrə dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın daha bir idmançısı mübarizəyə başlayıb. 86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə qarşılaşıb.

 

İlk raundda rəqibini 2 dəfə noqdauna salan Kuba əsilli idmançı yekunda 5:0 hesablı qələbə qazanaraq, 1/8 finala yüksəlib.

 

Bunadək Azərbaycan boksçularından Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə uduzaraq yarışla vidalaşıblar.

Tarix: 27 Oktyabr [19:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2021
30  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio