İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın VIII turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 37.7);
Oyunun mətbuat konfransı zamanı “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimə olunur (maddə 74.3);
VIII turun “Keşlə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
VIII turun “Səbail” – “Qarabağ” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
saytlarin hazirlanmasi