Türkiyədə oynayan azərbaycanlı: "Qol sevincini nəyəsə baxlamaq lazım deyil"

20:39 - 21 Dekabr 2021

Türkiyə 1-ci liqasının 17-ci turunun oyununda “Erzurumspor”la (3:3) matçın son dəqiqəsində qol vuraraq komandasını məğlubiyyətdən xilas edən Vüsal İsgəndərlinin qol sevinci müzakirələrə səbəb olmuş və vurduğu qolla milli komandada çalışanlara mesaj göndərdiyi iddia olunurdu.

Sportal.az saytına danışan Vüsal qol sevinci ilə heç kimə mesaj göndərmədiyini bildirib:

"Vurduğum qoldan sonra etdiyim qol sevinci idi. Həmin qol sevincini nəyəsə bağlamaq lazım deyil. Orada nə kameraya etmədim onu, nə də fotoqrafa. Videoda da var ki, qoldan sonra başqa cür sevinirəm. Sadəcə qol sevinci sonrası baxdım ki, bu şəkli atıblar, mən də bəyəndim, sosial şəbəkədə paylaşdım".

Futbolçu Türkiyədəki çıxışı və milli komandaya dönmək ehtimalı barədə danışıb:

"Şükür Allaha qollarımı vururam, komandama xal qazandırıram ki, bu da məni xoşbəxt edir. Daha çox qol vura bilərdim. Çox qol epizodlarını qaçırmışam. Amma eybi yox, olsun, daha çox üzərimdə çalışıb, daha məhsuldar olacam.

​Milliyə dəvət haqda da mən nə zaman formada olsam, onsuzda baş məşqçimiz bunu dəyərləndirəcək. Əgər çağırılmıramsa, deməli daha çox çalışmaq lazımdı”. 

Xəbər xətti