"Legiya"da çıxış edən millimizin futbolçusu Mahir Emreli komanda yoldaaşı İqor Xaratin azarkeşlərin hücumuna məruz qaldıqları hadisə barədə danışıb.
Sportal.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi dekabrın 12-də Plotskda "Visla"ya 0:1 hesabı ilə uduzduqları görüşdən qayıdarkən Varşavadakı təlim-məşq bazası önündə 20-30 fanatın avtobusu saxlatdıqlarını xatırlayıb: "Həmin tərəfdarların növbə ilə avtobusda oturmağa başladılar. Bilirdik ki, vəziyyət ağır olacaq. Amma bunu heç kim gözləmirdi. Həmin vaxt özünü girov kimi hiss edirdim. Belə situasiyada özünü necə aparmağı bilmədim".
İqor onu da vurğulayıb ki, avtobusa girən ilk şəxs qışqırmağa başlayıb: "Dərhal onunla birgə maskalı oğlanlar içəri daxil oldular. Onlar yavaş-yavaş hərəkət edərək, bağırmağa başladılar. Hansısa anda hamı dayandı. Düşündüm ki, indi xoşagəlməz hadisə olacaq. Nəticədə iki komanda yoldaşımız xəsarət aldı".
saytlarin hazirlanmasi