Klopp "Çelsi" ilə matçda olmayacaq

18:10 - 1 Yanvar 2022

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 21-ci turunun "Çelsi" ilə oyununda komandasının yanında olmayacaq.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssisdə koronavirus şübhəsi var. Klubun rəsmi saytının yaydığı məlumatda bildirilib ki, virusun əlamətləri hiss olunan Klopp özünü təcrid edib.

 

Son testlərdən sonra "Liverpul"un 3 futbolçusu və bir neçə klub əməkdaşında koronavirus aşkarlanıb.

 

Qeyd edək ki, "Çelsi" - "Liverpul" matçı sabah Bakı vaxtilə saat 20:30-da start götürəcək.

Xəbər xətti