İngiltərənin "Çelsi" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, London təmsilçisi braziliyalı futbolçu Tiaqo Silvanın sözləşməsini uzadıb. Yeni müqaviləyə əsasən, 37 yaşlı mərkəz müdafiəçisi 2022/2023-cü il mövsümünün sonunadək "zadəganlar"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Tiaqo Silva "Çelsi"yə mövsümün əvvəlində PSJ-dən azad agent kimi keçib. Təcrübəli müdafiəçi meydana çıxdığı 22 matçda 2 qol və 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi