Polşa mətbuatı: "Mahir ayrılmaq üçün "Legiya"ya məktub göndərib"

19:32 - 4 Yanvar 2022

Mahir Emreli “Legiya”dan ayrılmaq niyyətindədi.

Sportal.az “Weszło”ya istinadən xəbər verir ki, millimizin hücumçusu böyük ehtimalla Varşava klubunun BƏƏ-də keçiriləcək toplanışına qatılmayacaq.

Polşa mətbuatının yazdığına görə Emreli klubdan ayrılmaq üçün vəkil də tutub:

“Emreli bu yaxınlarda klubla danışıqlar aparmaq üçün ABŞ-dan bir vəkil tutub. Qarşılıqlı razılaşma yolu ilə klubla müqaviləni ləğv etmək niyyətindədi. Müəyyən etdik ki, Emrelinin tərəfi klubun təqsiri üzündən müqaviləyə xitam prosedurunun başlanması ilə bağlı “Legiya”ya məktub göndərib. Əsas səbəb təbii ki, azarkeşlərin komandanın futbolçularına, o cümlədən ən çox zədə alan Emrəliyə hücum etməsidi. Bütün bunların sonu necə olacaq? Hazırda iki ssenari var.

Əvvəlcə oyunçu məhkəmə qalib gəlib, sonra başqa kluba keçə bilər. İkincisi, Emreli məhkəmədə qalib gəlməyəcək və “Legiya” üçün yararsız hala düşəcək Əlbəttə ki, hər iki tərəfi qane edəcək həll yolu ola bilər, lakin hazırda heç bir konkretlik yoxdu”.

Xəbər xətti