"Çelsi"nin hücumçusu Romelu Lukaku London təmsilçisinin azarkeşlərindən üzr istəyib.
Sportal.az xəbər verir ki, belçikalı forvard instaqram səhifəsində paylaşım edib. 28 yaşlı qolçu onların inamını yenidən qazanacağını deyib:
"Azarkeşlərimizdən səbəb olduğum problemə görə üzr istəyirəm. Uşaqlıqdan bəri bu klubla olan bağımı bilirsiz və hazırda üzgün olmağınızı anlayıram. İnamınızı yenidən qazanmaq mənim məsuliyyətimdədir. Kluba bağlılığımı göstərmək üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Romelu Lukaku İtaliya mətbuatına verdiyi müsahibədə Tomas Tuxelin sxemindən, həmçinin “İnter”ə qayıtmaq istəməsindən danışıb.
saytlarin hazirlanmasi