"Qəbələ" hazırlığa Bakıda başladı

21:13 - 6 Yanvar 2022

“Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına start verib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda bir araya gəlib. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda paytaxt toplanışının ilk məşqini günün ikinci yarısında gerçəkləşdirib. Hazırlıq prosesi Bakı Olimpiya Stadionunda baş tutub. Öncə fitnes zalında məşq keçən futbolçular fiziki təmrinləri yerinə yetiriblər. Ardınca meydanda hazırlıq keçən komanda toplu və topsuz çalışmaları icra edib. 

 

Xatırladaq ki, yanvarın 15-dək Bakıda məşq edəcək “Qəbələ” ertəsi gün Türkiyənin Antalya şəhərinə yollanacaq. Yanvarın 25-dək qonşu ölkədə hazırlıq keçəcək “qırmızı-qaralar” üç yoxlama oyununda qüvvəsini sınayacaq.

Xəbər xətti