İngiltərənin "Vest Hem" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu yamaykalı hücumçu Maykl Antonio ilə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən 31 yaşlı forvard 2024-cü ilin yayınadək London klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Maykl Antonio 2015-ci ilin yayından "Vest Hem"də çıxış edir. Təcrübəli qolçu cari mövsümdə paytaxt klubunun heyətində meydana çıxdığı 22 matçda 9 qol və 6 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi