Qətərdə keçirilən dünya çempionatında bu gün qrup mərhələsinin II turuna yekun vurulub.
Sportal.az xəbər verir ki, G və H qrupunda ümumilikdə 4 qarşılaşma baş tutub.
Günün ilk görüşü Serbiya və Kamerun arasında keçirilib. Matç 3:3 hesablı bərabərliklə başa çatıb. Braziliya isə İsveçrəni minimal hesabla üstələyərək 1/8 finala vəsiqəni təmin edib.
G qrupunda ilk turda məğlub olan Qana millisi Cənubi Koreyaya qalib gəlib. Portuqaliya isə Uruqvay üzərində 2:0 hesablı qələbə qazanaraq adını 1/8 inala yazdırıb.
Dünya çempionatı
Qrup mərhələsi, II tur
28 noyabr
G qrupu
Kamerun - Serbiya 3:3
Qollar: Kastelleto 29, Abubakar 64, Çupo Motinq 66 - Strahinya 45+1, Sergey Milinkoviç-Saviç, 45+4, Mitroviç, 53
Braziliya - İsveçrə 1:0
Qol: Kazemiro, 83
H qrupu
Cənubi Koreya- Qana 2:3
Qollar: Jo Qe-sun, 58, 61 - Mohammed Salisu, 24, Mohammed Kudus, 35, 69
Portuqaliya - Uruqvay 2:0
Qollar: Bruno Fernandeş, 54, 90+3
saytlarin hazirlanmasi