Fransa millisinin sabiq futbolçusu Cimmi Briand sosial şəbəkələrdə populyarlıq qazanan Kriştianu Ronaldo ilə fotosunun hekayəsini danışıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı veteran hücumçu Fransa mətbuatına açıqlamasında portuqaliyalı futbolçunun ondan üzr istəməsini də xatırlayıb:
"2002-ci ildə 17 yaşadək futbolçular arasında dünya çempionatında bir-birimizə qarşı oynamışıq. Ronaldo o zaman gənc idi, amma artıq çox yaxşı oynayırdı. Düzdür, o, hər şeyə çox emosional reaksiya verirdi. Yadımdadır, bizimlə matçdakı məğlubiyyətdən sonra bir az əsəbiləşdiyi üçün görüşün sonunda mənimlə dalaşdı. Sonda da qırmızı vərəqə ilə cəzalandırıldı.Portuqallarla eyni oteldə yaşayırdıq və həmin oyundan sonrakı gecə qapının döyülməsini eşitdim. Ronaldo üzr istəmək üçün gecə otağıma gəlmişdi. Həm də, köynəyimi xatirə olaraq istəmişdi, mən də verdim. Həmin foto o zaman çəkilmişdi. Onun köynəyi məndə də var, amma üzərində soyadı yazılmayıb, çünki bu, gənclərin turniri idi".
2008-2012-ci illərdə Fransa millisində 5 oyun keçirmiş Cimmi “Renn”, “Lion”, “Hannover”, “Genqam” və “Bordo” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi