"Mançester Yunayted"in sabiq futbolçusu Andrey Kançelskis Qırğızıstan millisinə baş məşqçi təyin oluna bilər.
Sportal.az "Sport Ekspress"ə istinadən xəbər verir ki, Qırğızıstan Futbol Federasiyanın rəsmiləri onunla Qazaxıstanda görüşüb.
Məsələ haqda futbolçu özü bunları deyib:
"İstədiklərini deyə bilərlər. Məni Qırğızıstanda görüblər? Keçən həftə Qazaxıstanda da görə bildilər. Dostlarımın dəvət etdiyi matç üçün Qırğızıstana uçmuşdum. Heç bir təklif almamışam”54 yaşlı məşqçi “Dinamo”(Kiyev), “Mançester Yunayted”, “Everton”, “Reyncers”, “Fiorentina”, “Mançester Siti”, “Əl-Hilal” klublarında oynayıb. Kançelskis “Ufa”, “Volqa”, “Navbahor” klublarını çalışdırıb.
saytlarin hazirlanmasi