Qaret Beyl Uels klubuna görə karyerasını bərpa edəcək?

16:49 - 29 Aprel 2023

Son 15 ilini İngiltərədə beşinci divizionda keçirən Uelsin "Reksem" klubu bu mövsümün yekunlarına əsasən ikinci liqaya yüksəlmək haqqı qazandı.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, klubun rəhbərliyi uğurlu nəticələrdən sonra daha iddialı olmaq üçün bir müddət əvvəl futbolçu kimi karyerasını bitirmiş Qaret Beylə dəvət göndərib. Uels millisinin veteran kapitanı isə məsələ haqda bu cür danışıb:

"Reksem"? Xeyr, mən belə düşünmürəm. Təbii ki, bu barədə zarafat edə bilərik, amma mən olduğum yerdə çox xoşbəxtəm. Uşaqlarımla, həyat yoldaşımla daha çox vaxt keçirirəm. Bütün bu illər ərzində futbol oynayaraq itirdiyim vaxtı doldurmağa çalışıram. İndi mən sadəcə ailə həyatından zövq alıram, qolf oynayıram. Karyeram gənc yaşlarımda başlayıb və hiss etdim ki, dayanmağın vaxtıdır. Uels futbolu yeni səviyyəyə yüksəlir və mən əminəm ki, bu klub mübarizəni davam etdirəcək, uğur qazanacaq".

Xatırladaq ki, "Reksem"in sahibləri dünya şöhrətli aktyorlar Rayan Reynolds və Rob Makelhennidir.

Xəbər xətti