Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasında bu mövsüm ilk oyununu idarə edib.
Sportal.az xəbər verir ki, 33-cü turda keçirilmiş PAOK - “Aris” oyunu Ağayevə həvalə olunub.
Ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşmış matçda həmyerlimiz futbolçulara 7 sarı vərəqə, 1 qırmızı vərəqə göstərib.
Ağayev 62-ci dəqiqədə "Aris"in qapısına penalti də təyin edib.
Xatırladaq ki, azərbaycanlı FİFA referisi bu mövsüm Yunanıstan kubokunun "Olimpiakos" - "Aris" (2:1) görüşünün baş hakimi olmuşdu.
saytlarin hazirlanmasi