PSJ-nin argentinalı futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanına yollanıb.
Sportal.az xəbər verir ki, bu barədə jurnalist Əbdül Rəhman Əl-Rəfdan öz Tvitter səhifəsində yazıb.
Mənbənin sözlərinə görə, Messinin Ər-Riyada gəlişinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərlə heç bir əlaqəsi yoxdur.
Argentinalı ərəb ölkəsinin turizm səfiri olduğu üçün ikinci dəfədir ki, Səudiyyə Ərəbistanına uçur. 35 yaşlı Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Daha əvvəl mətbuatda “Əl-Hilal”ın argentinalıya illik 400 milyon avro maaş təklif etməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Bu mövsüm futbolçu 37 oyunda 20 qol vurub, 19 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi