Yunanıstanın "Aris" klubu Əliyar Ağayevin rəhbərlik etdiyi Azərbaycan hakimlər briqadasının Superliqanın 33-cü turunun PAOK-la matçındakı (2:3) idarəçiliyindən narazı qalmasına baxmayaraq, yerli federasiya onların işindən razılıq bildirib.
Sportal.az xəbər verir ki, bu, azərbaycanlı hakimlərin Yunanıstandakı ilk oyunu deyil və yerli federasiyanın Hakimlər Komitəsi Əliyar Ağayevin işindən razı qaldığını mətbuat vasitəsilə bildiriblər.
Yunanların növbəti matçlar üçün də Əliyar Ağayev və briqadasına dəvət göndərəcəyi gözlənilir.
Qeyd edək ki, bir neçə tur əvvəl Saloniki təmsilçisi media vasitəsilə Əliyar Ağayev və onun briqadasından narazılığını bildirmək üçün bəyanət yaymışdı.
saytlarin hazirlanmasi